Finlandiyadan sonra Estoniya hökuməti də Rusiya ilə sərhəd keçid məntəqələrini bağlaya bilər.
Teleqraf.com xəbər verir ki, bunu Estoniya sərhəd xidmətinin rəhbəri Veyko Kommusaar deyib.
"Estoniya Finlandiyanın dörd nəzarət-buraxılış məntəqəsini bağlamaq qərarından xəbərdardır. Bu, əlbəttə ki, indiyə qədər bu sərhədlərdə toplanan insanların Estoniya sərhəd keçid məntəqələrinə axını deməkdir"- deyə Kommusaar bildirib.
Onun sözlərinə görə, Estoniya vasitəsilə Avropa İttifaqına daxil olmaq yalnız bunun üçün bütün hüquqi əsasları olanlar üçün mümkündür.
"Biz vəziyyəti diqqətlə izləyirik və lazım gələrsə, istənilən qanunsuz miqrasiyanın qarşısını almağa hazırıq. Sərhəddəki vəziyyətdən asılı olaraq, bu, keçid məntəqələrinin qismən və ya tamamilə bağlanması mümkündür", - deyə sərhəd xidmətinin rəisi əlavə edib.