17 Noyabr 2023 17:45
2 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin sanksiyalarına baxmayaraq, Rusiya bir neçə aydır neft gəlirlərini artırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Blumberq” agentliyi məlumat yayıb.

Rusiya Maliyyə Nazirliyi bildirib ki, bir neçə aydır dövlət xəzinəsinə pul axını artır.

Agentliyin hesablamalarına görə, Rusiyanın üç əsas vergi mənbəyindən ümumi gəlirləri aprel-oktyabr ayları arasında iki dəfə artaraq, ötən ay 13 milyard dollardan çox olub. Oktyabr ayının qazancı 2021-ci ilin eyni dövründəki qazancını üstələyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər