Ermənistan və İran Araz çayının sərhəd zolağının mühafizəsi üzrə işlərin həyata keçirilməsi üçün yol xəritəsini müzakirə edərək, təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Ekologiya Nazirliyi məlumat yayıb.
Noyabrın 15-16-da İrəvanda Ermənistan ekologiya nazirinin müavini Tiqran Qabrielyanla iranlı həmkarı İrəc Həşməti arasında görüş keçirilib.
Göüş zamanı tərəflər Araz sərhəd çayının mühafizəsi işlərinin həyata keçirilməsi üzrə yol xəritəsini təqdim ediblər, çayın suyunun keyfiyyətinin birgə monitorinqi üzrə illik planı təsdiqləyiblər. Bu məqsədlə Ermənistan-İran monitorinq işçi qrupunun ikitərəfli əməkdaşlığı bərpa olunub.
Görüşün yekunu olaraq tərəflər arasında protokol imzalanıb.