18 Noyabr 2023 01:28
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Yaponiyaya 2,35 milyard dollar məbləğində 400 ədəd "Tomahawk" qanadlı raketləri və müvafiq avadanlıq satmağa razılaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti və Pentaqonunu strukturuna daxil olan müvafiq hökumət qurumu bildirib. Həmin qurum hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə, ABŞ Silahlı Qüvvələri ilə digər dövlətlər arasında əlaqələri inkişafına, Vaşinqtonun xarici müdafiə tərəfdaşlarına maliyyə və texniki yardım göstərilməsinə cavabdehdir.

Tokio ilə müqavilə çərçivəsində 14 raket idarəetmə sisteminin təhvil verilməsi, həmçinin personalın təlimi, ehtiyat hissələrinin verilməsi və texniki xidmətlərin təşkili nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər