Livandan İsrailin şimalına 25 raket atılıb, nəticədə Sassa və Ştula yaşayış ərazilərində sirenlər işə düşüb.
Teleqraf.com xəbər verir ki, mərmilərin hamısı açıq ərazilərə düşüb, xəsarət alan olmayıb.
İsrail ordusu cavab olaraq, “Hizbullah” terror təşkilatının mövqelərinə hava zərbələri endirməyə başlayıb.