Fələstin-İsrail münaqişəsi bitdikdən sonra HƏMAS Qəzza zolağına nəzarət edə bilməyəcək, anklavda hakimiyyətdə yalnız Fələstin administrasiyası qalmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyi diplomatiyasının rəhbəri Jozef Borrell deyib.
“HƏMAS artıq Qəzzaya nəzarət edə bilmir. Bəs Qəzzaya kim nəzarət edəcək? Düşünürəm ki, bunu yalnız bir siyasi qüvvə edə bilər – Fələstin administrasiyası”, - AB-nin baş diplomatı vurğulayıb.