Qarabağda, Liviyada etdiklərimizi nəzərə alsaq, kimsə bizimlə oyun oynaya bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyənin terrorla mübarizəsi və güclü orduya sahib olması da bunu deməyə əsas verir: “Hər an hazır olmalıyıq. İndi PUA texnologiyası bizim ən güclü olduğumuz sahədir. Dəniz qüvvələrində də yaxşı yerdəyik. Quru qoşunlarımız da yaxşı durumdadır. Bu gün quru qoşunlarımız NATO ölkələri arasında beşinci yerdədir. Bölgədə baş verənləri diqqətlə izləyirik. Heç bir ölkə narahat olmasın. Çünki böyük və güclü Türkiyə dünya sülhünə də töhfə verir”.