Kolumbiya sahillərində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 86,7 min insanın yaşadığı Tumako şəhərindən 125 kilometr şimal-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.