Argentinada prezident seçkilərinin ikinci turu keçirilir.
Teleqraf.com xəbər verir ki, birinci tur oktyabrın 22-də baş tutub. Onun nəticələrinə əsasən iştirakçılardan heç biri seçicilərin əksəriyyətinin dəstəyini qazana bilməyib.
İkinci tura hakim sol mərkəzçi "Vətən namində ittifaq" koalisiyasını təmsil edən 51 yaşlı İqtisadiyyat Naziri Serxio Massa və 52 yaşlı iqtisadçı, "Azadlıq gəlir" partiyasından libertarizmin nümayəndəsi Xavyer Miley keçiblər.
Seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılıb, səsvermə 10 saat davam edəcək.