2016-cı ildə Avroviziya mahnı müsabiqəsinin qalibi olmuş ukraynalı müğənni Camala (əsl adı Susana Camaladinova) cinayət işi üzrə axtarışa verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayılıb.
“Camaladinova Susana Alimovna Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - məlumatda deyilir.
Məlumat bazasında axtarışın hansı maddə ilə aparıldığı göstərilmir.
Rusiya mediasının iddiasına görə, axtarış “rus ordusu haqda saxta xəbərlərin yayılması işi” ilə bağlı ola bilər.
Camala Krım tatar-türk əsilli ukraynalı müğənnidir. 2016-cı il Avroviziya mahnı müsabiqəsinin qalibidir.
2022-ci ildə 50 il müddətinə Rusiyaya girişi qadağan edilən ukraynalı sənətçilərin siyahısına daxil edilib.