Yaxın Şərq münaqişəsi fonunda Qərbin mənəvi üstünlüyünü tamamilə itirdiyini və region ölkələrinin İsrailə kollektiv təzyiq göstərməsinə ehtiyac var.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Bölgə ölkələrinin İsrailin hərəkətlərinə vahid reaksiya nümayiş etdirməsi və ona kollektiv təzyiq göstərməsi vacibdir. Qərb indiki şəraitdə mənəvi üstünlüyünü tamamilə itirib. Bu nöqtədən irəli getmək üçün heç bir yer yoxdur. Qərbin İsrailə və Qəzzadakı vəhşiliyə qarşı susması digər böhranlara və gözlənilməz ittifaqların yaranmasına səbəb olacaq. Yaxın Şərqdə hazırkı vəziyyətdə Türkiyə geniş mənada yumşaq və sərt güc elementlərindən istifadə edərək səhnədə və danışıqlar masası arxasında intensiv diplomatik iş aparır. Ankara hələ də əmindir ki, münaqişənin həlli iki dövlətin İsrail və Fələstinin paytaxtı Şərqi Qüdsdə olmaqla birgə yaşaması prinsipindən keçir”, - Fidan vurğulayıb.