Ermənistanın Mühafizə Xidmətinin keçmiş rəisi, general-mayor Mihran Poqosyan Moskvada saxlanılıb.
Teleqraf.com xəbər verir ki, general Ermənistanda 9 maddə üzrə cinayətlərə görə axtarışa verilib.
Poqosyan dünən günorta saatlarında “Tverskaya” küçəsində yol polisi tərəfindən saxlanılıb. İlkin baxış zamanı üzərindən qaçqın vəsiqəsi aşkarlanıb. Artıq Ermənistan polisi onun saxlanılması barədə məlumat verib və yaxın vaxtlarda Rusiyadan ekstradisiya ediləcəyi bildirilir.
Rusiya tərəfi bundan əvvəl Poqosyanı təhvil verməkdən imtina etmişdi.