Pentaqon Ukraynaya 100 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, paketə bir ədəd M142 HIMARS raket artilleriya sistemi və onun üçün sursatlar daxildir.
Ukrayna Silahlı Qüvvələri həmçinin 155 və 105 mm-lik artilleriya sursatları, Javelin və TOW tank əleyhinə sistemləri, döyüş sursatı, ehtiyat hissələri və avadanlıqlar alacaq.