Bryansk vilayəti ərazisi üzərində təyyarə tipli pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram kanalında məlumat yayıb.
"Bu gün Moskva vaxtı ilə saat 21.30 radələrində Kiyevin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb", - məlumatda deyilir.
Dronun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi qeyd edilir.