Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Co Bayden San-Fransisko yaxınlığında apardıqları danışıqlarda yeni şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Onlar yenidən görüşmək barədə razılığa gəldilər. Lakin tarix göstərilməyib”, – Ağ Evin sözçüsü deyib.