“Vladimir Zelenski gələcəyi ilə bağlı qorxusuna görə hakimiyyətdən yapışır, Ukraynada seçkiləri ləğv edir, bununla da yeni “Maydan”ın qaçılmazlığını yaxınlaşdırır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
“Zelenski söyləyir ki, yeni “Maydan”dan qorxur. Gələcək qorxusuna görə hakimiyyətdən yapışır. Ukrayna xalqının dəstəyini itirərək, salamat qalmaq üçün seçkiləri ləğv edir. Beləliklə, yeni “Maydan”ın qaçılmazlığını yaxınlaşdırır”, - spiker vurğulayıb.
Volodin qeyd edib ki, 2014-cü ilin fevralında qanlı çevrilişin (“Maydan” hərəkatı) başlanğıcını qoyan hadisələr ukraynalılar üçün faciəyə çevrilib:
“Cinayətkar Kiyev rejiminin hakimiyyəti illərində Ukrayna əhalisinin 53.7 faizini, ərazilərinin isə beşdə birini itirib. Ukraynanın iqtisadiyyatı məhv edilib. Ukraynalılar üçün ənənəvi, həqiqi dəyərlər ayaqlar altında tapdalanıb”.
Onun sözlərinə görə, “Maydan”ın gözəl şüarları və ABŞ Dövlət Departamentinin vədləri Ukrayna xalqını aldadıb:
“Marionet Kiyev rejimi ölkəni çıxılmaz vəziyyətə salıb. Ukraynalılar milli maraqlara xəyanət edərək, öz suverenliklərini Vaşinqtona satmaqla öz gələcəklərindən məhrum ediliblər”.