21 Noyabr 13:36
12 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monqolustan Böyük Britaniya və digər ölkələri bəziləri 2 min ildən çox keçmişə aid yüzlərlə mədəni-tarixi əsərin repatriasiyası üçün əlavə dəstək verməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, əsas artefaktlar arasında Monqolustanın ilk baş naziri Töqs-Oçirın Namnansürenin Çindən müstəqilliyini elan edən məktubu var.

Monqolustanın əfsanəvi liderinin məktubu hazırda Londondakı Britaniya Kitabxanasında saxlanılır.

Edinburq Muzeyində XIII-XIV əsrlərdə monqol hökmdarlarının saraylarında xidmət etmiş dövlət xadimi Rəşid əd-Dinə aid artefaktlar saxlanılır.

Son onilliklərdə bir çox ölkələr avropalılar tərəfindən oğurlanan tarixi əsərləri geri istəyirlər.

Monqolustan öz mədəni dəyərlərini geri qaytarmaqda müəyyən irəliləyiş əldə edib. Bu ilin əvvəlində ABŞ Monqolustandan çıxarılmış dinozavr qalıqlarını, o cümlədən 70 milyon il əvvəl yaşamış Tirannosaurus Reksin daha kiçik versiyası olan Alioramusun kəlləsini geri qaytarıb.

Ötən həftə Rusiyada keçirilən forumda Monqolustan mədəniyyət naziri Nomin Çinbat da bir əsr əvvəl Rusiyaya tədqiqat və bərpa üçün göndərilmiş artefaktların, o cümlədən 2000 illik Xunnu sülaləsinə aid artefaktların müəyyən edilməsi və geri qaytarılmasında Moskvadan kömək istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu