Kiyev hakimiyyəti dəfələrlə Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd cəhdləri ilə bağlı fikirlər bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Xatırlayırsınızsa, müxtəlif səviyyələrdə dəfələrlə Ukraynadan Putinin həyatına yönələn cəhdlər olub. Biz bunu yaxşı bilirik. Onlar heç vaxt uğur qazana bilməyəcəklər”, - Peskov vurğulayıb.