İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Al Shark” qəzeti məlumat yayıb.
Beş gün davam edəcək atəşkəs çərçivəsində 10 israilli və 30 fələstinli azad ediləcəklər.
Həmçinin gün ərzində 300-ə qədər humanitar yük maşını Qəzzaya buraxılacaq.
Girovların azad edilməsinə dair razılaşmanın şərtləri Qətər tərəfindən yaxın saatlarda açıqlanacaq.
İsrail hakimiyyətinin məlumatına görə, HƏMAS-ın girovluğunda 240-250 nəfər var. Bunlar əsasən İsrail vətəndaşlarıdır.