22 Noyabr 2023 09:57
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın Şimali Maluku əyalətinin sahilində 6,2 maqnitudalı zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri əhalisi təqribən 10 min nəfər olan Tobelo şəhərindən 89 km qərbdə yerləşib. Qeyd olunub ki, seysmohadisənin ocağı 103 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər