ABŞ kəşfiyyatına görə, Rusiyanın “Vaqner” qruplaşması hava hücumundan müdafiə vasitələrini “Hizbullah” terror təşkilatı və ya İrana ötürməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi məlumat verib.
Onun sözlərinə görə, “Vaqner” bununla əlaqədar Rusiya hökumətindən müvafiq göstəriş alıb.
“Vaqner”in İran və “Hizbullah”a hərbi texnika verib-vermədiyini yaxından izləyəcəyik. Sabitliyi pozan göndərmələri həyata keçirən Rusiyanın fiziki şəxsləri və ya qurumlarına qarşı antiterror sanksiyalarımızı tətbiq etməyə hazırıq”, - ABŞ rəsmisi vurğulayıb.
Kirbi qeyd edib ki, Rusiyanın hava hücumundan müdafiə sisteminin “Hizbullah”a təhvil verilməsində aparıcı rolu Moskvanın İran və onun silah qruplaşmaları ilə davam edən əlaqələrini göstərir.