Türkiyənin sürüşmə və daşqınlardan zərər çəkən Zonguldak vilayətinin Ereğli rayonu bu gündən etibarən fəlakət zonası elan edilib.
Teleqraf.com xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb.
Nazir açıqlamada 19 noyabr Zonguldak vilayətində yağan şiddətli yağışlardan sonra baş verən sürüşmə və sel fəlakətləri nəticəsində 133 damın uçmasının təsbit edildiyini bildirib.
Yerlikaya indiyə qədər 54 ev və 226 iş yerinin zərər gördüyünü qeyd edib.