“Rusiya Federasiyası yalnız güc dilini başa düşür. Son altı həftə ərzində düşmən 36 minə yaxın əsgər itirib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Rustem Umerov bildirib.
Umerov qeyd edib ki, Müdafiə Qüvvələri hətta güclü donanma olmadığı halda Rusiya hərbi gəmilərini Qara dənizdən çıxarıb və tədricən naviqasiya azadlığını bərpa edir.