ABŞ İsrail-HƏMAS müharibəsinin çoxgünlük atəşkəs bitdikdən sonra da davam edəcəyini gözləyir.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
“Mübarizə bitməyib. Müharibə də bitməyib. HƏMAS-ın yaratdığı təhlükə hələ də realdır və İsrail xalqı üçün hələ də qalır”, – Kirbi bildirib.
Ağ Ev rəsmisi qeyd edib ki, ABŞ HƏMAS təhlükəsi sovuşanadək İsrailə dəstəyini davam etdirəcək.