Rusiya qoşunları Kupyan-Svatov-Kreminna xətti boyunca quru hücumlarını davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Geolokasiya görüntüləri rusların Sinkivkanın şərqinə doğru irəlilədiyini göstərir. Həmçinin Rusiya qüvvələrin yenidən qruplaşdırılmasını başa çatdırır, tezliklə bu ərazidə hücum əməliyyatlarının sürətini artıra bilər.
Rusiya mənbələrinin iddiasına görə, rus ordusu Serebryan meşəsi ərazisində irəliləyib. Həmin məlumatda o da bildirilir ki, Rusiya qoşunları Klişevkanın şimal ətrafında möhkəmlənib. Amma ABŞ institutu bunu təsdiqləməyib.
ISW rusların Marin və Novomixaylivka istiqamətində irəlilədikləri iddiasını da təkzib edib.
İnstitut həmçinin qeyd edib ki, Rusiya ordusu Avdiv yaxınlığında hücum əməliyyatlarını gücləndirib.