23 Noyabr 2023 11:23
2 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-lə mübarizə adı altında PKK terror təşkilatının Suriyadakı uzantısı SDQ-yə hər cür dəstəyi verən ABŞ indi də terrorçulara hava hücumundan müdafiə təlimi verməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, dünyanın diqqəti İsrail-HƏMAS savaşına yönəldiyi vaxtda ABŞ Türkiyə yaxınlığında SDQ terrorçularına səssizcə təlim verməyə başlayıb.

ABŞ hərbçiləri “Suriya Demokratik Qüvvələri” (SDQ) terror təşkilatına qısa və ortamənzilli hava hücumundan müdafiə sistemləri mövzusunda təlim keçir. ABŞ-ın təlim çərçivəsində SDQ-yə hava hücumundan müdafiə sistemləri verdiyi bildirilir.

80 nəfərlik terror qruplaşmasına PUA hücumlarının qarşısını almaq üçün “Avenger-THAAD” müdafiə sistemi ilə təlim keçirildiyi deyilir.

Tezliklə bölgənin müxtəlif nöqtələrində yerləşdirilən hava hücumundan müdafiə vasitələrinin təlim keçən terrorçuların ixtiyarına veriləcəyi də məlum olub. Sistemlərin İrana bağlı qruplaşmaların hücumlarına qarşı istifadə olunacağı iddia edilsə də, Türkiyə Silahlı Qüvvələrinin sözügedən bölgədə apardığı müşahidə və antiterror əməliyyatları bu baxımdan diqqət çəkir.

Türkiyənin PKK-nın Suriyadakı uzantısı olan PYD-SDQ ilə əlaqələrini dayandırmaq çağırışlarına qulaq asmayan ABŞ bölgəyə ağır silahlar və hərbçilər göndərməkdə davam edir. Türkiyə Silahlı Qüvvələrinin bütün mümkün gəlişmələrə hazırlıqlı olduğu bildirilir.

ABŞ qüvvələri baş verənlərə səbəb kimi İran tərəfindən dəstəklənən qruplaşmaların çətiri altında olan “İslam Müqavimət” Hərəkatının keçirdiyi hücumları göstərib. ABŞ Müdafiə Nazirliyinin hücumlarla bağlı verdiyi son açıqlamada İraq və Suriyada Amerika və koalisiya qüvvələrinə qarşı 61 hücum təşkil edildiyi, 58 hərbçinin yaralandığı bildirilib.

ABŞ avqustun 15-17-də də Suriyanın Qamışlı şəhərində YPG terror təşkilatına təlim keçmişdi. Təlimdə zenit silahları, ABŞ istehsalı “Bradley” zirehli döyüş maşınları və müxtəlif ağır silahlardan istifadə edilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər