23 Noyabr 2023 12:59
1 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İslam Müqaviməti” Hərəkatı ABŞ-ın İraq Kürdüstanındakı hərbi bazasına PUA-larla hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə hərəkat məlumat yayıb.

“İraq İslam Müqaviməti döyüşçüləri Ərbil hava limanı yaxınlığındakı Amerika işğalçı qüvvələrinin bazasına pilotsuz uçan aparatla hücum edərək hədəfləri birbaşa vurublar”, - açıqlamada deyilir.

İraq və Suriyadakı Amerika bazaları son vaxtlar dəfələrlə hücuma məruz qalıb. Buna görə məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı şiə qruplaşmaları öz üzərinə götürüb.

“İslam Müqaviməti” İranın bu ölkədə yaratdığı və dəstəklədiyi terrorçu qruplaşmaların çətiri altında fəaliyyət göstərir. ABŞ mediası və rəsmi qurumları baş verənlərə görə İranı ittiham edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər