23 Noyabr 2023 16:12
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan-Tacikistan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı problemin diplomatik yolla həlli razılaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bunu Qırğızıstan Baş naziri Akilbek Japarov deyib.

Baş nazir sərhədin demarkasiyası prosesinin başa çatdığını, dövlət sərhədinin müəyyənləşdirilməsinin iki ölkə arasında diplomatik müstəviyə keçdiyini açıqlayıb.

Hazırda Qırğızıstan yalnız Tacikistanla sərhədini tam müəyyənləşdirməyib. Çin, Qazaxıstan və Özbəkistanla proses başa çatıb. Qırğızıstan-Tacikistan sərhədinin uzunluğu 900 kilometrdən çoxdur, mübahisəli hissələrin mövcudluğu səbəbindən mütəmadi olaraq mübahisələr, o cümlədən silahlı toqquşmalar baş verib. Hazırda sərhəd xəttinin üçdə ikisindən çoxu razılaşdırılıb.

Japarov həmçinin ölkənin silahlı qüvvələrinin və hüquq-mühafizə strukturlarının maddi-texniki bazasının davamlı olaraq artırıldığını qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər