23 Noyabr 2023 17:45
5 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Britaniyadan iki mərhələdə 40 ədəd “Eurofighter” döyüş təyyarəsi almaq istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən “Star” qəzetinə bildirilib.

Məlumatda müdafiə naziri Yaşar Gülərin məsələni britaniyalı həmkarı Qrant Şappsla müzakirə edəcəyi vurğulanıb.

Mənbələr ilk növbədə Hərbi Hava Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün F-16-ların tədarükü prosesinin davam etdiyini, ABŞ-la texniki görüşlərin tamamlandığını və gedişatın izləndiyini deyirlər.

MN-dakı mənbə ABŞ təyyarələri ilə yanaşı, Britaniya, Almaniya, İspaniya və İtaliyanın ortaq konsorsiumu tərəfindən istehsal edilən “Eurofighter” qırıcılarının da araşdırıldığını vurğulayır:

“F-16-ların satın alınması və modernləşdirilməsi prosesi davam edərkən, diqqətimizi çəkən yeganə təyyarə “Eurofighter”dir. Bundan başqa heç bir fəaliyyətimiz yoxdur. İki nazir arasında bu gün keçiriləcək görüşün gündəmində “Eurofighter” tədarükü məsələsi də var. Tədarük məsələsini Britaniya vasitəsilə həll edirik. Britaniya Almaniyanın bu məsələ ilə bağlı etirazlarını aradan qaldırmağa kömək edəcəklərini bildirir. Ümumilikdə 40 təyyarə almaq istəyimizi bildirmişik”.​


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər