Rusiya qoşunları Kupyan-Svatov-Kreminna xəttində quru hücumlarını davam etdirərək irəliləməyə nail olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Geolokasiya görüntüləri rus qüvvələrinin Sinkivkanın şərqinə doğru irəlilədiyini göstərir.
Rusiya mənbələrinin məlumatına görə, Kreminnadan 10 km şimal-qərbdə Serebryanski meşə sahəsində də irəliləyiblər, amma ISW bunun əyani təsdiqini tapmayıb.
İnstitut əlavə edir ki, ruslar Baxmutda irəliləyiş əldə etməyiblər. Amma Rusiya Avdiv yaxınlığında hücum əməliyyatlarını gücləndirib.
Bundan əlavə, ruslar Donetskin qərb və cənub-qərbində hücum əməliyyatlarını davam etdirirlər. Rusiya mənbələri Marin və Novomixaylivkada irəlilədiklərini də bildirirlər.