Kanada və Avropa İttifaqı Rusiya Federasiyasına qarşı geniş sanksiyalar və ixrac məhdudiyyətləri tətbiq etməyə davam edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-Kanada sammitinin yekunları üzrə dərc olunmuş birgə bəyanata istinadən xəbər verilir.
“Xüsusilə, biz Rusiyaya qarşı geniş sanksiyalar, eləcə də ixrac nəzarəti sahəsində ciddi məhdudiyyətlər və qadağalar tətbiq etməyə davam edəcəyik”, - bəyanatda deyilir.