Rusiya ordusu xeyli istiqamətdə və hücum əməliyyatları həyata keçirib. Cəbhədə vəziyyət ağır olaraq qalır. Sutka ərzində 74 hərbi toqquşma baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Liman istiqamətində ruslar hücum əməliyyatları həyata keçirib. Baxmut istiqamətində Ukrayna ordusu Donetsk vilayətində Boqdanovka, İvanovski, Klesçievka və Andreevka yaxınlığında rusların 11 hücumunu dəf ediblər. Eyni zamanda, Ukrayna müdafiə qüvvələri Baxmutun cənubunda hücum əməliyyatlarını davam etdirir. Burada canlı qüvvə və texnika ilə ruslara itki veririk. Əldə etdiyimiz xətlərdə möhkəmlənirik”, - Baş Qərargah bildirib.