Serebryanski ərazisində Rusiya Silahlı Qüvvələri 12-ci “Azov” xüsusi təyinatlı briqadasının hərbi və texnikasını darmadağın edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Mərkəz qrupunun mətbuat xidmətinin rəhbəri Aleksandr Savçuk deyib.
“Krasnolimansk istiqamətində Mərkəzin qoşun qruplaşmasının bölmələrinin hərəkətləri, artilleriya atəşi və hava zərbələri nəticəsində 200 hədəf, o cümlədən dörd komanda və müşahidə məntəqəsi, Ukrayna Silahlı Qüvvələrinin Serebryanka rayonlarında beş texnikasının toplandığı ərazi vurulub. Serebryanski meşə təsərrüfatı ərazisində qrup 12-ci Azov xüsusi təyinatlı briqadasının hərbi və texnikasını məğlub edib. Həmçinin Kremennaya ərazisində Ukrayna ordusuna məxsus pilotsuz təyyarəni vurub”, - Savçuk bildirib.