Rusiya və Türkiyə bu il iki ölkə arasında turist axını rekord səviyyəyə çata bilər.
Teleqraf.com TASS- a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyada deyib.
“Ənənəvi olaraq Türkiyə ruslar arasında aparıcı turizm məkanıdır”, - o qeyd edib.
Novak qeyd edib ki, iki ölkənin hakimiyyət orqanları bu il pandemiyadan əvvəlki rekord səviyyəyə çatacağını, yəni Rusiyadan 5 milyondan çox turistin gəlməsini gözləyir.
Rusiya Federasiyası Baş nazirinin müavini əlavə edib ki, qarşılıqlı turist axınının daha da artırılması üçün tərəflər nəqliyyat əlçatanlığının və nağdsız ödəniş imkanlarının artırılması üzərində işləyirlər.