25 Noyabr 2023 21:46
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə minaların təmizlənməsi üçün Ukraynaya 110 milyon dollardan çox vəsait verəcək.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu İsveçrə prezidenti Alen Berset bu gün Kiyevdə keçirilən mətbuat konfransında deyib.

Tədbirdə üç ölkənin lideri - Ukrayna rəhbəri Vladimir Zelenski, Latviya prezidenti Edqars Rinkeviç və İsveçrə lideri iştirak ediblər.

“Biz Ukraynada humanitar minatəmizləməni prioritet hesab edirik və bu, ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasına birbaşa təsir göstərir. Biz 100 milyon İsveçrə frankı (təxminən 113 milyon dollar) məbləğində əlavə paket haqqında qərar verdik”, - Berset vurğulayıb.

Həmçinin mətbuat konfransı zamanı Zelenski bildirib ki, Ukrayna hakimiyyəti xarici tərəfdaşlarla Qara dənizdə yük gəmilərinin mühafizəsi üçün hərbi gəmilərin verilməsi barədə razılığa gəlib. Söhbət taxıl ixrac etmək üçün istifadə olunan nəqliyyat vasitələrinin qorunmasından gedir.


Müəllif: Pərvin Cəfərova