19 Yanvar 2015 20:24
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiyaya yanvarın 19-dan Donbassda atəşkəs rejiminə keçməyi təklif edib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunduğu kimi rəsmi Kiyev Donbassda atəşkəs rejiminin qurulmasını ötən ilin noyabrında Minskdə razılaşdırılmış prinsiplər əsasında həyata keçirməyi təklif edir.

Bu təklifə cavabında Rusiya Xarici İşlər Nazirliyi rəsmi Kiyevi Ukraynanın şərqindəki konflikt zonasından tank və topları çıxarmağa çağırıb. Bununla bağlı Rusiya prezidenti Vladimir Putinin ötən həftə Ukrayna prezidenti Petro Poroşrenkoya məktub göndərib.

Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, rəsmi Kiyev bu plandan imtina edib.

Samir


Müəllif:

Oxşar xəbərlər