ABŞ istisna olmaqla, Ukraynanın bütün Qərb tərəfdaşları artıq Kiyevə bütün silah ehtiyatlarını veriblər.
Teleqraf.com xəbər verir ki, bunu keçmiş britaniyalı zabit Qlen Qrant Ukraynanın “Espreso” telekanalının jurnalistlərinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Latviya, Estoniya və Çexiya anbarlarını boşaldıb, Polşa isə böyük miqdarda avadanlıq verib və hələ də yenilərinin gəlməsini gözləyir.