26 Noyabr 2023 09:06
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, Nelson Türkiyədə Qəzzaya humanitar yardımın çatdırılmasını müzakirə edəcək.

Plana görə noyabrın 26-dan dekabrın 1-dək Nelson Omanın paytaxtı Maskata, o cümlədən Ankara və İstanbula səfər edəcəyi, orada Fələstinin HƏMAS radikal hərəkatına maliyyə təzyiqi, habelə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi məsələsini gündəmə gətirmək niyyətində olduğu qeyd edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər