Yaxın günlərdə ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə səfəri gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, Blinken oktyabrın 7-də Qəzza zolağından HƏMAS silahlılarının İsrailə hücumundan sonra yəhudi dövlətinə dördüncü dəfə gələcək.
Qəzetin yazdığına görə, dövlət katibinin səfəri gələn həftə baş tutacaq.