26 Noyabr 2023 14:07
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Fransiskə qrip diaqnozu qoyulduqdan sonra Aqostino Gemelli xəstəxanasında müayinə olunub.

Teleqraf.com xəbər verir ki, Papa Fransisk kompüter tomoqrafiyasından keçib və onun ağciyərlərində heç bir ağırlaşma aşkar edilməyib.

“Ağciyərin ağırlaşmaları riski ilə bağlı testlər mənfi çıxdı və o daha sonra Vatikandakı iqamətgahına qayıtdı”, - nəşr vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Papa Fransiskin yüngül qripə görə səhər görüşlərini ləğv etdiyi, bundan sonra müayinə üçün xəstəxanaya getdiyi bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər