Bolqarıstana yağan güclü qar elektrik təchizatında ciddi problemlər yaradıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin mindən çox yaşayış məntəqəsində elektrik enerjisi yoxdur.
Baş nazir Nikolay Denkovun verdiyi məlumata görə, ölkənin şimal-şərqində yaranmış ağır vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edilib.
N. Denkov vurğulayıb ki, qar və qasırğa küləklərinin nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir, lakin zərərin tez aradan qaldırılmasını gözləmək olmaz, çünki bir çox yerlərdə zədələnmiş ərazilərə çatmaq sadəcə mümkün deyil.
Yollarda, xüsusən də aşırımlarda ağır avtomobillərin hərəkəti məhdudlaşdırılır, qatarlar uzun ləngimələrlə hərəkət edir.