ABŞ prezidenti Co Bayden noyabrın 26-da İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparacaq.
Teleqraf.com-un məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan "CBS" telekanalına müsahibəsində deyib.
"Onun [Baydenin] bu gün baş nazir Netanyahu ilə telefon danışığı planlaşdırılıb", - deyə o bildirib.
C.Sallivan qeyd edib ki, Bayden “diplomatik üslubda işini” davam edəcək.