19 Yanvar 2015 21:17
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəriyə yapışdırılan və qandakı şəkərin səviyyəsini dərhal ölçə bilən plastır hazırlanıb.

Trend-in Türkiyənin "Yeni Şəfəq" qəzetinə istinadən verdiyi məlumata görə, plastırı ABŞ-da Kaliforniya Universitetinin elm adamları hazırlayıblar.

Plastır diabet xəstələrinin işini xeyli asanlaşdıracaq. Sensor tərkibli plastır elektrokimyəvi reaksiya sayəsində qandakı şəkəri ölçəcək. Nəticələr isə simsiz şəbəkə vasitəsilə analiz cihazına göndəriləcək.

Alimlər yeni cihazın ağrı vermədiyini də bildiriblər.


Müəllif:

Oxşar xəbərlər