27 Noyabr 2023 15:50
4 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiyaya qarşı qələbə qazanmadan Gürcüstanda tərəqqi və azadlıq olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Mən bu günün fürsətindən istifadə edib Ukraynaya qələbə arzulamaq istəyirəm, çünki Ukraynanın qələbəsi olmadan bizdə tərəqqi və azadlıq olmayacaq. Bu, bizim azadlığımız uğrunda birgə mübarizəmizdir, buna görə çox sağ olun”, - Zurabişvili bildirib.

Prezident həmçinin vurğulayıb ki, 2024-cü il həlledici olacaq, çünki Gürcüstan Avropa Birliyinə üzv olmaq üzrə danışıqlara başlayacaq. Zurabişvili ölkəsinin bu mövzuda Ukrayna və Moldovaya çatmalı olduğunu söyləyib.

Prezident onu da qeyd edib ki, dekabrın 15-də AB Gürcüstana birliyə namizəd statusu verib-verməməyə qərar verəndə heç nə bitməyəcək, daha ciddi mərhələ başlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər