Müasir beynəlxalq vəziyyət təhlükəlidir, bu, “soyuq müharibə” dövrü ilə müqayisə edilə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Soyuq müharibə” dövründə nəzarət və tarazlıq - böyük dövlətlərdə, ABŞ və Sovet İttifaqında, NATO və Varşava Müqaviləsində rəqabət aparan düşərgələrdə, siyasi-diplomatik çərçivədə rəqabəti cilovlamaq əhval-ruhiyyəsi vardı. Nə ABŞ-da, nə Sovet İttifaqında, nə də sosialist düşərgəsi ölkələrində baş verənlərə bu qədər təlaşla qiymət verilirdi, gələcək üçün bu qədər ciddi narahatlıqlar yox idi, mən fiziki gələcəyi nəzərdə tuturam.
İndi bu cür qorxular hər yerdə və bir çox siyasi xadimlərin çıxışlarında özünü büruzə verir, bu, başqa vəziyyətdir”, - Lavrov bildirib.
Rusiyanın baş diplomatı qeyd edib ki, o vaxt silahlara nəzarət dialoqu kifayət qədər sürətlə formalaşmış və konkret nəticələr vermişdi.
Onun sözlərinə görə, ABŞ və onun avropalı müttəfiqləri geosiyasi alətlərdən geniş istifadə edirlər: “Bunların arasında münaqişələrin qızışdırılması da var, bunu Rusiya sərhədlərinin bütün perimetri boyunca görürük”.