27 Noyabr 2023 22:25
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ qeyri-hökumət təşkilatı (QHT) ideyasını təsir vasitəsi kimi istifadə etməklə öz QHT-lərini post-sovet məkanında, xüsusən Mərkəzi Asiyada aktiv şəkildə yeritməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Primakov qiraətləri" forumunda deyib.

Rusiyalı nazirin sözlərinə görə, ABŞ tərəfindən yeridilən QHT ideyası amerikalıların qloballaşma modeli çərçivəsində bütün dünyada təşviq etdikləri fəlsəfənin bir hissəsidir.

"Nəticədə, Vaşinqton minlərlə QHT yaradıb, bunlardan yüzlərlə QHT post-sovet məkanında, xüsusən çoxu Ermənistanda və Qırğızıstanda fəaliyyət göstərir", - o deyib.

Rusiyalı nazir fondların 90 faizinin ABŞ bürokratiyasının bir hissəsi olan və ABŞ büdcəsindən vəsait alan Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirildiyini qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər