30 Noyabr 2023 09:58
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Xerson vilayətinin sol sahilinə quru hücumlarını davam etdirir. Ölkənin müdafiəçiləri qarşı tərəfin mövqelərinə - müdafiə xəttinə doğru irəliləməyi bacarıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna qüvvələri Rusiya ordusunun təzyiqlərinə baxmayaraq, Dnepr çayının şərq sahilində mövqelərini qoruyub saxlayır.

Ukrayna sol sahilə yeni hücum qrupları göndərib.

Rusiya bütün gücü ilə Ukraynanın bu istiqamətdə öz mövqelərini təchiz etmək səylərinə mane olmağa çalışır.

ISW Rusiya ordusunun Xersonun sol sahilində ciddi təchizat problemləri ilə üzləşdiyini, hücumdan müdafiə çəkildiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər