20 Yanvar 2015 02:19
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Insan Haqları Məhkəməsi (AİHM) Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko ilə bağlı yeni qərar qəbul etməyə hazırlaşır. Belə ki, Timoşenkonun Kiyev hökümətinə qarşı müraciətinə yanvarın 22-də rəsmi olaraq cavab veriləcək.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, məhkəmə hökmü yazılı formada açıqlanacaq.

Ukraynadakı demokratik narıncı inqilabın əsas liderlərindən olan Timoşenko 2011-ci ildə səlahiyyətlərini aşma ittihamı ilə 7 illik həbs cəzasına məhkum edilmişdi.

Söhbət onun hakimiyyəti dövrüdə Rusiya ilə imzalanan qaz müqaviləsindən gedirdi.

Bundan başqa ona qarşı digər ittihamlar irəli sürülmüşdü. Timoşenko isə həbsinin siyasi motivli olduğunu bəyan edirdi.

O Kiyev hakimiyyətinin, onu qanunsuz həbsə atmaqda və qeyri-insani şəraitdə saxlamaqda günahlandıraraq AİHM-yə müraciət etmişdi.

Timoşenkonun həbsi Qərblə Ukrayna arasındakı münasibətləri gərginləşdirmişdi. Həmçinin Avropa Birliyi ilə ABŞ həbsin siyasi motivli olduğunu bəyan etmişdi.


Müəllif:

Oxşar xəbərlər