20 Yanvar 2015 04:26
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrikanın daha bir ölkəsində siyasi etirazlar insan ölümü ilə nəticələnən toqquşmalara yol açıb. Konqonun paytaxtı Kinşasada polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 4 nəfər həlak olub.

Teleqraf.com-un "France Presse" agentliyinə istinadən məlumatına görə, polis prezident Jozef Kabilanın əleyhinə çıxış edən etirazçıları dağıtmaq üçün atəş açıb və gözyaşardıcı qazdan istifadə edib.

Hökumətin mətbuat katibi Lamber Mende 10 nümayişçinin xəstəxanaya yerləşdirildiyini bildirib. Bundan əvvəl Kinşasada polisin tələbə nümayişinə qarşı silah işlətməsi barədə məlumat yayılmışdı.


Müəllif:

Oxşar xəbərlər