Rusiya Çini beynəlxalq partnoyru etmək üçün bəzi ərazilərini güzəştə gedə bilər. Axar.az xəbər verir ki, bu barədə Atlantik Şurasının prezidenti Vadim Qreçaninov danışıb.
Onun sözlərinə görə, yaranmış bu durumda beynəlxalq cəmiyyətdən təcrid olunmasının qarşısını almaq üçün Rusiya Prezidenti Vladimir Putin potensial müttəfiqlərlə yaxınlaşmağa cəhdlər edir:
"Putin Çinlə sıx münasibətlərini qoruyub saxlayır. Bəzi ərazilərini Çinə güzəştə gedə bilər. Ukrayna ilə bağlı da Rusiyanın hərbi təcavüzü ölkənin prezidentinin ambisiyaları ilə bağlıdır. Putin hamıya özünü nümayiş etdirmək istəyir".
Qreçaninov Ukraynaya Rusiyanın hücumunun Putindən asılı olduğunu bildirib.